Xəzər Xəbər

Bakıda ticarət mərkəzində yanğın baş verib, yollarda sıxlıq yaranıb FOTO

Cəmiyyət | 14:57 • 1 Avqust 2024
Bakıda ticarət mərkəzində yanğın baş verib, yollarda sıxlıq yaranıb

Nizami rayonu, Qara Qarayev prospektində yerləşən “8-ci kilometr bazar”ının yaxınlığında yerləşən ticarət mərkəzlərindən birində baş verən yanğın səbəbindən prospektin hər iki istiqamətində yolda sıxlıq yaranıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatında bildirilib.

Qeyd edilib ki, avtomobillərin rahat hərəkətini təmin etmək üçün yol polisi tərəfindən işlər görülür.

Xəbər lenti