Xəzər Xəbər

Dənizdə bir nəfər batıb, axtarışa helikopterlər CƏLB OLUNUB

Cəmiyyət | 23:17 • 31 İyul 2024
Dənizdə bir nəfər batıb, axtarışa helikopterlər

Dənizdə bir nəfər batıb, axtarışa helikopterlər cəlb olunub.

Xezerxeber.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, Bakı şəhərinin Xətai rayonunda dənizdə nəzarətsiz ərazidə bir nəfərin batması barədə məlumat daxil olub və məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Batdığı ehtimal olunan şəxsin axtarış əməliyyatının daha da intensivləşdirilməsi məqsədilə nazirliyin Aviasiya dəstəsinin 2 ədəd helikopteri də axtarış işlərinə cəlb olunub.

Əlavə məlumat veriləcək.

Xəbər lenti

Çox oxunanlar