Xəzər Xəbər

Qaradağ və Binəqədi rayonlarının bəzi ərazilərində qaz olmayacaq

Cəmiyyət | 09:04 • 31 İyul 2024
Qaradağ və Binəqədi rayonlarının bəzi ərazilərində qaz olmayacaq

“Lökbatan” QPS-də və Binəqədi rayonundakı Ayna Sultanova ölçü qovşağında 31.07.2024-cü il tarixdə saat 10:00-dan etibarən təmir-bərpa işləri aparılacaq.

"Azəriqaz"dan Xezerxeber.az-a verilən məlumata görə, işlər yekunlaşanadək Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Qobu Park yaşayış kompleksində və bir sıra qeyri-yaşayış sahələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Məlumata görə, bununla bərabər Binəqədi rayonunun Atatürk, Ziya Bünyatov prospekti və Səttar Bəhlulzadə, Naxçıvani küçələrinin də qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Xəbər lenti

Çox oxunanlar