Xəzər Xəbər

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib CƏDVƏL

Cəmiyyət | 14:12 • 30 İyul 2024
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişin tələbatını təmin etmək məqsədilə 3 və 4 avqust tarixlərində Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edib.

ADY-dən Xezerxeber.az-a verilən məlumata görə, eyni zamanda Bakı-Ağstafa-Bakı qatarları ilə ənənəvi qrafiklə hər gün səhər və axşam saatlarında hər iki istiqamətə səfər etmək mümkündür.

Qeyd edək ki, hərəkət cədvəli və biletlər haqqında məlumatları dəmiryol vağzallarının kassalarından, saytdan (www.ady.az), “ADY Mobile” (www.ady.az/app) tətbiqindən və ya 7/24 fəaliyyət göstərən 1822 Əlaqə Mərkəzindən əldə edə bilərsiniz.

Xəbər lenti

Çox oxunanlar