Alimlər xəbərdarlıq edirlər ki, göz rəngləri müəyyən xəstəliklərin carçısı ola bilər.
Almaniyada göz rəngləri ilə bağlı aparılan araşdırmanın nəticələri hər kəsi təəccübləndirib.
Göz rəngindəki fərqlər bədənimizdə müəyyən xəstəliklərə qarşı həssaslıq ortaya qoyub. Alman Oftalmologiya Assosiasiyası bununla bağlı araşdırma apararaq belə bir nəticəyə gəlib. Göz rəngindəki fərqlər bəzi xəstəlikləri aşkar edə bilər. Araşdırmaya görə, gözlərdəki piqment nisbətinin izlənilməsi lazım olan bəzi xüsusiyyətləri təmin edir. Göz rəngini təyin edən melanin nisbəti göz xəstəliklərində mühüm rol oynayır. Yaşıl və mavi kimi açıq rənglər işığa qarşı həssaslığın artması, şiş riski və retinanın kalsifikasiyası ilə əlaqələndirilir. Qəhvəyi və ya tünd gözlü insanlarda katarakt və buynuz qişa nəqlindən imtina nisbəti daha yüksəkdir.
Alman Oftalmologiya Dərnəyinin mütəxəssisləri və Köln Universiteti Xəstəxanası Oftalmologiya Mərkəzinin direktoru Claus Cursiefen, gözdəki melaninin həmişə qəhvəyi rəngə sahib olduğunu ifadə edib. Bildirib ki, bu piqment yaşıl və mavi gözlərdə az olur və ya yoxdur. Göz rəngindəki fərqlər genetik faktorlar və melanin piqmentinin paylanması ilə əlaqədardır. Göz rəngi bir çox fərqli genin qarşılıqlı təsirinin nəticəsidir. Xüsusilə, OCA2 və HERC2 genləri melaninin istehsalına və paylanmasına təsir edərək göz rəngini təyin edir. Bu genlərdəki dəyişikliklər göz rəngindəki fərqləri izah edir. Melanin gözün irisində olan piqmentdir. Melanin gözün irisində olur və iki əsas növdə olur: eumelanin (qəhvəyi və qara çalarları) və feomelanin (qırmızı və sarı çalarları). Melaninin miqdarı və növü göz rənginə təsir göstərir. Məsələn, daha çox melanin olan gözlər qəhvəyi görünə bilər, daha az melanin olan gözlər isə mavi və ya yaşıl ola bilər. Melaninin miqdarı nə qədər çox olarsa, göz rəngi bir o qədər tünd olur. Melanin az olduqda, göz rəngi daha açıq olur. Qəhvəyi gözlərdə yüksək səviyyədə melanin var, mavi gözlərdə isə melanin səviyyəsi aşağıdır. Genetik mutasiyalar göz rəngində dəyişiklik yarada bilər. Məsələn, heterokromiya vəziyyətində bir insanın iki gözü fərqli rənglərdə ola bilər və ya bir göz içərisində fərqli rənglər görünə bilər. Bu şərtlər genetik mutasiyalar və ya anadangəlmə anomaliyalar nəticəsində yarana bilər.
Göz rəngi insanın şəxsiyyətini ifadə edir. Göz rənginin düşünüləndən daha çox mənası ola bilər. Çünki həmişə “gözlər qəlbin aynasıdır” deyirlər. Beləliklə, gözlər və görünüşlər ruhu əks etdirir. Son araşdırmalara görə, göz rənginin şəxsiyyətlə bağlı bəzi xüsusiyyətləri də ortaya çıxıb.
Açıq-qəhvəyi. Açıq və ya hətta orta qəhvəyi gözlər əyləncəli, qayğıkeş və rahat bir xarakterə malik insanın göstəricisidir. Mehribanlıq, azad, yeni dostlar qazanmağı sevən insanlar məhz açıq-qəhvəyi göz rənginə sahib olanlardır.
Fındıq qəhvəyi. Fındıq qəhvəyi və ya boz-qəhvəyi gözlərə malik kəslər həmişə macəraya hazır olan pozitiv insanlardır. Cəsarətli və həssasdırlar.
Mavi-boz. Mavi-boz gözləri olanlar güclü bir münasibət nümayiş etdirmək vərdişinə malikdirlər. Əslində çox ağıllı və mehriban insanlardır. Bu göz rənginə sahib insanlarda mənfi xüsusiyyətlər də aşkarlanıb.
Mavi. Mavi gözlü insanlar böyük daxili gücə malikdirlər. Onların ən çox qarşılaşdıqları problem çox yanlış mühakimə olunmasıdır. Onların çox eqoist və ya çox təmkinli olduqları güman edilir və həqiqət budur ki, heç biri də deyil. Onlar sakit, ağıllı, mehriban, gənc və həyat doludurlar. Bu insanlar uzunmüddətli münasibətlərə meyillidirlər.
Yaşıl. Bu rəngli gözlərə sahib insanlar güclü və diqqətli olurlar. Həmçinin ağıllı və çox maraqlı insanlardır. Məhz yaşıl gözlü insanlarda həyata həvəs digərlərinə nisbətən daha çoxdur. Bundan başqa, həmin insanlar cəlbedici hesab edilirlər. (AZƏRTAC)