Xəzər Xəbər

DSX: Yayılmış videogörüntü ilə bağlı araşdırma aparılıb

Cəmiyyət | 19:15 • 29 İyul 2024
DSX: Yayılmış videogörüntü ilə bağlı araşdırma aparılıb

Sosial şəbəkələrdə Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşının vətəndaşa qarşı təhqiramiz hərəkəti ilə əlaqədar yayılmış videogörüntü ilə bağlı DSX-də araşdırma aparılıb.

Xezerxeber.az bildirir ki, bu barədə DSX-nin mətbuat mərkəzindən məlumat verilib.

Bildirilib ki, hərbi qulluqçu şəxsi avtomobilində xidmət yerinə hərəkət edərkən 3 nəfər mülki şəxsin təhqiramiz ifadələrinə stres vəziyyətində cavab verib. “Hadisə yerində polis əməkdaşının olması barədə məlumatlar həqiqəti əks etdirmir”, - deyə məlumatda qeyd olunub.

Xəbər lenti

Çox oxunanlar