Xəzər Xəbər

Daşınmaz əmlakla bağlı portalın istifadəyə veriləcəyi vaxt AÇIQLANDI

Cəmiyyət | 15:45 • 29 İyul 2024
Daşınmaz əmlakla bağlı portalın istifadəyə veriləcəyi vaxt

Azərbaycanda daşınmaz əmlakla bağlı vahid elektron portal gələn ilin əvvəlində istifadəyə veriləcək.

Xezerxeber.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyindəki Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin İdarə Heyətinin sədri Nigar Alimova bildirib.

"Portalın layihəsi artıq razılaşdırılmaq üçün hökumətə və aidiyyəti dövlət qurumlarına təqdim edilib. Onlardan müsbət rəy aldıqdan sonra portal istifadəyə veriləcək", - deyə o qeyd edib.

Xəbər lenti