Xəzər Xəbər

Paytaxtda külək güclənib FAKTİKİ HAVA

Cəmiyyət | 09:57 • 28 İyul 2024
Paytaxtda külək güclənib

İyulun 27-si saat 22:00-a olan məlumata əsasən, bəzi bölgələrdə yağıntılı hava şəraiti müşahidə olunur.

Xezerxeber.az xəbər verir ki, bu barədə ETSN yanında Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Qəbələ, Naftalan, Bərdə, Daşkəsən, Gədəbəy, Yardımlı, Tərtər, Yevlax, Goranboy, Naftalan, Zaqatala, Şəki, Gəncə, Göyçay, Oğuz, Göygöl, Sarıbaş(Qax), Xınalıq, Şahdağ, Mingəçevir, Balakəndə şimşək çaxır, arabir leysan xarakterli yağış yağır.

Sarıbaşda(Qax), Qrızda duman müşahidə olunub.

Şimal-qərb küləyi narıncı xəbərdarlığa uyğun olaraq Bakıda və Abşeron yarımadasında arabir 26 m/s-dək güclənib.

 

Xəbər lenti