İyulun 26-sı saat 00:00-dan 30 iyul saat 00:00-dək Bakı şəhərinin 8 Noyabr prospektində (Sadıqcan küçəsindən Zığ dairəsinədək) aparılacaq təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
Bu barədə Xezerxeber.az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.
Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.