Xəzər Xəbər

Çimərlik mövsümü başlayandan suda nə qədər boğulma olub?

Cəmiyyət | 11:31 • 24 İyul 2024
Çimərlik mövsümü başlayandan suda nə qədər boğulma olub?

Bu ilin iyun və iyul ayları ərzində Bakı şəhəri üzrə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə suda boğulma hadisəsi ilə bağlı ümumilikdə 30 nəfərin müraciəti qeydə alınıb.

Xezerxeber.az xəbər verir ki, Bu barədə TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, suda boğulanlardan 27-si kişi, 3-ü qadın olub: “Onlardan 11 nəfər xəstəxanaya təxliyə olunub, 6 nəfərə yerində yardım göstərilib. 13 nəfərin isə ölüm faktı qeydə alınıb”.

Xatırladaq ki, iyunun 15-dən ölkədə çimərlik mövsümü başlayıb.

Xəbər lenti

Çox oxunanlar