Xəzər Xəbər

Qohum evliliyinə qoyulan qadağa təsdiqləndi

Cəmiyyət | 15:40 • 23 İyul 2024
Qohum evliliyinə qoyulan qadağa təsdiqləndi

Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa təsdiqlənib.

Xezerxeber.az-ın xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev Ailə Məcəlləsinə edilən dəyişikliyi təsdiqləyib.

Beləliklə, nikahın bağlanmasına mane olan halların sayı artırılıb.

Məcəlləyə aşağıdakı hallar əlavə edilib.

- qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqları;

- bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu;

Xəbər lenti

Çox oxunanlar