Xəzər Xəbər

İlin birinci yarısında 24 şəxs xarici ölkələrdən Azərbaycana ekstradisiya edilib

Cəmiyyət | 14:56 • 22 İyul 2024
İlin birinci yarısında 24 şəxs xarici ölkələrdən Azərbaycana ekstradisiya edilib

Beynəlxalq əməkdaşlıq sahəsində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində 2024-cü ilin birinci yarısında müxtəlif cinayətlərə görə barələrində beynəlxalq axtarış elan edilmiş 24 nəfər təqsirləndirilən şəxsin xarici ölkələrdə tutularaq Azərbaycana ekstradisiya edilməsi təmin edilib.

Xezerxeber.az xəbər verir ki, bu barədə Baş Prokuror Kamran Əliyev Baş Prokurorluqda keçirilən geniş kollegiya iclasında bildirib.

K.Əliyev, həmçinin qeyd edib ki, ilin birinci yarısında “Çağrı Mərkəzi”nə daxil olmuş 14 min 562 müraciət üzrə vətəndaşlara müvafiq hüquqi izahlar verilib, 2213 məlumat isə cinayət xarakterli məlumatlar olduğu üçün qeydə alınıb araşdırılması üçün aidiyyəti struktur qurumlara tapşırılıb, qanunla nəzərdə tutulmuş tədbirlərin görülməsi təmin edilib.

Xəbər lenti

Çox oxunanlar