Xəzər Xəbər

Bəzi yerlərdə leysan xarakterli yağış yağıb, şimşək çaxıb FAKTİKİ HAVA

Cəmiyyət | 11:31 • 20 İyul 2024
Bəzi yerlərdə leysan xarakterli yağış yağıb, şimşək çaxıb

Saat 11:00-a olan məlumata görə dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan xarakterli yağış yağıb, şimşək çaxıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, düşən yağıntının miqdarı Sədərəkdə 2 mm, Naxçıvan, Şərur, Tovuz, Balakən, Gədəbəy, Şəmkir, Şamaxı, Daşkəsən, Şahdağ, Lerikdə 1 mm-dək olub.

Lerik, Şahdağ, Qrızda duman müşahidə olub. Şərq küləyi sarı xəbərdarlığa uyğun olaraq Culfada arabir 17 m/s-dək güclənib.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 33, Naxçıvan MR-da 35, Aran rayonlarında 37, dağlıq rayonlarda isə 26 dərəcəyədək isti olub.

Xəbər lenti

Çox oxunanlar