Xəzər Xəbər

Azərbaycanın axtarışa verdiyi şəxs Rusiyada TUTULDU

Cəmiyyət | 14:50 • 19 İyul 2024
Azərbaycanın axtarışa verdiyi şəxs Rusiyada

Azərbaycan tərəfindən axtarışda olan şəxs Rusiyada saxlanılıb.

Xezerxeber.az xəbər verir ki, Azərbaycan məhkəmələri tərəfindən barəsində qiyabi həbs qətimkan tədbiri seçilən 1978-ci il təvəllüdlü Emin Yusufov Rusiya Federasiyasında tutulub.

O, Cinayət Məcəlləsinin 178 (dələduzluq) və 320-ci (saxta sənəd hazırlama) maddələri ilə təqsirləndirilir.

Hazırda onun Azərbaycana ekstradisiyası üçün tədbirlər görülür.

Xəbər lenti