Xəzər Xəbər

Yeni monitorlar cərimə yazmır FOTO

Cəmiyyət | 13:21 • 18 İyul 2024
Yeni monitorlar cərimə yazmır

Avtomobil yollarında quraşdırılan monitorlar sürücüləri məlumatlandıran rəqəmsal sistemdir. Monitorlar cərimə yazmır, sürücünü məlumatlandırır.

Xezerxeber.az xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, yeni sistem cərimə və inzibati xətalarla bağlı qeydiyyat aparmır, yalnız sürücülərin təhlükəsizliyinə xidmət edir: "Bu monitorların quraşdırılmasında məqsəd hərəkət iştirakçılarının profilaktikası olmaqla, sürücülərin idarə etdikləri avtomobilin sürət göstəricisini əks etdirməsidir. Hər bir sürücü sürət həddinə əməl etməli, özünün və digər şəxslərin həyat və sağlamlığına etinasız yanaşmamalıdır. Yolda sürət təhlükədir".

Xəbər lenti

Çox oxunanlar