Xəzər Xəbər

Şəhid Aydın Qurbanov Maştağa Şəhidlər xiyabanında dəfn olunub FOTO

Cəmiyyət | 12:28 • 18 İyul 2024
Şəhid Aydın Qurbanov Maştağa Şəhidlər xiyabanında dəfn olunub

Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyəti müəyyənləşdirilən şəhidlərdən biri olan Qurbanov Aydın Əsədulla oğlu iyulun 18-də paytaxtın Sabunçu rayonunun Maştağa qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn edilib. Vətənin azadlığı uğrunda mübarizədə canından keçən Aydın Qurbanovun xatirəsi xalqımızın qəlbində yaşayacaq.

Xezerxeber.az xəbər verir ki, dəfn mərasimində şəhidin ailə üzvləri, yaxınları, Müdafiə Nazirliyinin əməkdaşları, qazilər, rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Dəfn mərasimində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, yaylım atəşi açılıb. Tədbirdə “Şəhidlər ölməz, Vətən bölünməz” şüarları səsləndirilib, şəhidin ruhuna dualar oxunub.

Xəbər lenti

Çox oxunanlar