Xəzər Xəbər

Aşura günü 1040 litr qan tədarük olunub

Cəmiyyət | 17:05 • 16 İyul 2024
Aşura günü 1040 litr qan

Bu gün qanvermə aksiyası zamanı ümumilikdə Bakı şəhəri üzrə 1378, respublikanın digər şəhər və rayonları üzrə isə 935 nəfər könüllü olaraq qan verib.

Xezerxeber.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bu şəxslərdən ümumilikdə 1040 litr qan tədarük olunub.

Qeyd edilib ki, qanvermə aksiyaları Respublikanın 27 şəhər və rayonu üzrə 35 müxtəlif ünvanlarda keçirilir. Aksiyalar səhər 9:00-dan başlanıb.

Xəbər lenti

Çox oxunanlar