Xəzər Xəbər

Bəzi rayonlarda yağış yağacaq, şimşək çaxacaq XƏBƏRDARLIQ

Cəmiyyət | 13:21 • 16 İyul 2024
Bəzi rayonlarda yağış yağacaq, şimşək çaxacaq

İyulun 18-20-də əsasən dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

Bu barədə Xezerxeber.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. 

Bildirilib ki, bəzi yerlərdə (Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Qazax-Gəncə, Daşkəsən-Gədəbəy, Şərqi Zəngəzur) yağıntıların leysan xarakterli olacağı ehtimalı var.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.

Xəbər lenti