Xəzər Xəbər

Bədbəxt hadisədə həlak olan hərbi qulluqçuya şəhidlik statusu verilə bilər

Cəmiyyət | 12:58 • 16 İyul 2024
Bədbəxt hadisədə həlak olan hərbi qulluqçuya şəhidlik statusu verilə bilər

Ötən gün bədbəxt hadisə nəticəsində həlak olan hərbi qulluqçu Abbasov Yunis Vasif oğluna şəhidlik statusu hərbi hissə tərəfindən təqdim edilən müvafiq arayış əsasında verilə bilər.

Xezerxeber.az xəbər verir ki, bunu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov deyib.

“Həyatını itirən Azərbaycan Ordusunun hərbi qulluqçusuna şəhidlik statusu hərbi hissə tərəfindən təqdim edilən bildiriş əsasında verilir. Belə bildiriş daxil olarsa şəhid statusu verilə bilər”, - deyə o qeyd edib.

Qeyd edək ki, müddətdən artıq xidmət edən hərbi qulluqçumuz Yunis Abbasov Kəlbəcərdə uçqun altında qalaraq vəfat edib. Mərhum üç övlad atası idi.

Xəbər lenti