Xəzər Xəbər

Cəlilabadda qaz kəməri zədələnib, 2300 abonent qazsız qalıb

Cəmiyyət | 17:23 • 13 İyul 2024
Cəlilabadda qaz kəməri zədələnib, 2300 abonent qazsız qalıb

Cəlilabadda qazıntı aparılan zaman qaz kəmərinin zədələnməsi nəticəsində 2300 abonent “mavi yanacaq”sız qalıb.

Xezerxeber.az xəbər verir ki, internet xətləri çəkən podratçı şirkət tərəfindən qazıntı aparılarkən yeraltı qaz kəmərinin zədələnməsi nəticəsində Cəlilabad rayonundakı “Günəşli” qazpaylayıcı stansiyadan qidalanan Təzəkənd, Üçtəpə və Cəfərxanlı kəndlərində 2300 abonentin “mavi yanacaq”la təchizatı dayanıb.

Hazırda ərazidə bərpa işləri görülür.

Xəbər lenti