Xəzər Xəbər

Qarabağ Universitetində fənlər üzrə müəllim vakansiyası elan olunur

Cəmiyyət | 12:34 • 13 İyul 2024
Qarabağ Universitetində fənlər üzrə müəllim vakansiyası elan olunur

Qarabağ Universitetində Azərbaycan dilində kommunikativ bacarıqlar, Azərbaycan tarixi, biznes kommunikasiyası, iqtisadiyyata giriş, mikroiqtisadiyyatın əsasları, riyaziyyat, fizika, data analitikasına giriş, təhsilə giriş, psixologiyaya giriş fənləri üzrə müəllim vakansiyası elan edilib.

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən Xezerxeber.az-a bildirilib ki, tələblərə cavab verən namizədlər müraciətlərini mövzu yerinə “_ (istiqamət üzrə) müəllim” yazmaqla karabakh@edu.gov.az  ünvanına göndərə bilərlər.

Vakansiya üzrə müraciətlər iyulun 19-dək qəbul olunacaq. Namizədlər ətraflı məlumatla elan vasitəsilə tanış ola bilərlər.

Xəbər lenti

Çox oxunanlar