Xəzər Xəbər

İdarə Heyətinin sədri şirkətlərin layihələrində yaşıllıqların saxlanılması ilə bağlı öhdəliklərin olduğunu DEYİB

Cəmiyyət | 17:20 • 12 İyul 2024
İdarə Heyətinin sədri şirkətlərin layihələrində yaşıllıqların saxlanılması ilə bağlı öhdəliklərin olduğunu

Şəhər inkişaf edir, quruculuq işləri aparılır, ancaq bu, birtərəfli olmamalıdır.

Xezerxeber.az xəbər verir ki, bunu Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qənbərov jurnalistlərə açıqlamasında deyib.

"Son zamanlar, xüsusilə Bakıda tikinti işləri ilə bağlı yaşıllıqların mühafizəsində çətinliklər yaranır. Şirkətlərin mövcud ağacların saxlanılması, hər hansı yaşıllıq və mahiyyət kəsb edən məsələlərə diqqət yetirməklə bağlı öhdəliyi var", - o deyib.

Sədr vurğulayıb ki, əgər sahibkarlarla əməkdaşlıq qarşılıqlı davam etsə, bu zaman yaşıllıqlar daha çox qorunacaq.

O, hüquq-mühafizə orqanlarının icazəsiz formada yaşıllıqları aradan qaldıranlara qarşı tədbirlər gördüyünü də qeyd edib.

Xəbər lenti