Xəzər Xəbər

Azyaşlını təhqir edən tərbiyəçi və bağça rəhbərliyi polisə dəvət olunub

Cəmiyyət | 15:41 • 12 İyul 2024
Azyaşlını təhqir edən tərbiyəçi və bağça rəhbərliyi polisə dəvət olunub

Sabunçu rayonunda yerləşən 310 nömrəli bağçada tərbiyəçinin uşaqla kobud davranışını əks etdirən görüntülərlə bağlı bağça rəhbərliyi və tərbiyəçi polis orqanına dəvət olunub, onların izahatları alınıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə  DİN-in mətbuat xidmətinin baş inspektoru polis leytenantı Elbrus İbrahimov bildirib.

DİN rəsmisinin sözlərinə görə, həmin şəxslərin barələrində qanunamüvafiq tədbirlərin görülməsi təmin olunur.

Xəbər lenti