Xəzər Xəbər

Polad Həşimovun yeganə dinlədiyi mahnı məlum olub

"Bu mahnı generalımız Polad Həşimovun yeganə dinlədiyi nəğmə olub"
Cəmiyyət | 15:13 • 12 İyul 2024
Polad Həşimovun yeganə dinlədiyi mahnı məlum olub

“Bu yaxınlarda eşitdim ki, bizim generalımız Polad Həşimov mənim ifamda səslənən “Biri sənsən, biri mən” nəğməsini çox sevirmiş və həmişə dinləyirmiş. Sözləri Bəxtiyar Vahabzadəyə, musiqisi isə Əhsən Dadaşova məxsus “Biri sənsən, biri mən” mahnısı onun yeganə dinlədiyi mahnı olub. Bu məni çox sevindirir”.
Bu fikirləri Azərbaycanın Əməkdar artisti Aybəniz Haşımova Xəzər TV-nin efirində yayımlanan “Qonaqcanlı” verilişinin efirində sözügedən mahnını ifa edəndən sonra deyib.

O açıqlayıb ki, “Biri sənsən, biri mən” mahnısının klipi də hazırlanır və bu yaxınlarda təqdim olunacaq.
Aybəniz Haşımova onu da deyib ki, şəhid generalımız Polad Həşimovun qızının da adı Aybənizdir.

“Mən onun qızının adının Aybəniz olduğuna çox sevindim. Ürəyimdən keçdi ki, kaş o adı mənə görə qoyaydılar. Amma bütün hallarda Polad Həşimovun qızının adının Aybəniz olması mənə çox xoşdur”, - deyə A.Haşımova bildirib.
Qeyd edək ki, Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimov Tovuz döyüşləri zamanı şəhidlik zirvəzinə ucalıb.

Yeri gəlmişkən, bu gün, iyulun 12-si Azərbaycan Ordusunun qələbəsi ilə yekunlaşan Tovuz döyüşlərindən 4 il ötür. 

Xəbər lenti

Çox oxunanlar