Xəzər Xəbər

Mətbuat prospektində hərəkət məhdudlaşdırılacaq

Cəmiyyət | 12:59 • 12 İyul 2024
Mətbuat prospektində hərəkət məhdudlaşdırılacaq

İyulun 13-ü saat 06:00-dan iyulun 14-ü saat 22:00-dək Bakı şəhərinin Yasamal rayonunun Mətbuat prospektində (Mikayıl Müşfiq küçəsindən Ayna Sultanova küçəsinədək, Mikayıl Müşfiq dairəsi də daxil olmaqla) aparılan təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Xezerxeber.az bildirir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

“Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur”, - deyə Agentlikdən bildirilib.

Xəbər lenti