Xəzər Xəbər

Xətai və Suraxanı rayonlarının bir hissəsində qaz olmayacaq

Cəmiyyət | 16:53 • 11 İyul 2024
Xətai və Suraxanı rayonlarının bir hissəsində qaz olmayacaq

SOCAR-ın “Qaz İxrac” İdarəsinə məxsus "Qum adası-Bayramzadə İEM" yüksək təzyiqli magistral qaz kəmərinin 10,0-cu km-də dayaqlar üzərinə qaldırılması ilə bağlı 12.07.2024-cü il tarixdə saat 10:00-dan işlər başa çatanadək qaz təchizatının dayandırılması planlaşdırılır.

“Azəriqaz”dan Xezerxeber.az-a verilən məlumata görə, təmir-quraşdırma işləri görülən müddətdə Xətai rayonu üzrə M. Müşfiq, M. Davud, Qvardiya və Azadlıq küçələrinin, Suraxanı rayonu üzrə isə Qum adası yaşayış massivinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Xəbər lenti