Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə iyul ayının pensiyaları ödənilib.
Xezerxeber.az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Bildirilib ki, yaxın günlərdə qrafikə uyğun olaraq respublikamızın digər bölgələri üzrə bu ayın pensiyaları, həmçinin güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları da ödəniləcək.