Xəzər Xəbər

Bələdiyyə sədrinə cinayət işi açıldı

Cəmiyyət | 17:48 • 3 İyul 2024
Bələdiyyə sədrinə cinayət işi açıldı

Göygöl rayon Toğanalı kənd bələdiyyəsinin sədri İslam İmanlının qanunsuz əməlləri barədə daxil olmuş müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Göygöl Rayon Prokurorluğundan Xezerxeber.az-a verilən xəbərə görə, araşdırma zamanı İslam İmanlının vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə kollegial orqan olan Toğanalı kənd bələdiyyəsinin adından təkbaşına qərarlar qəbul edərək bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin ayrı-ayrı şəxslərə satılması, istifadəyə və icarəyə verilməsinə dair rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Xəbər lenti