Qarabağ Universitetində tədris məsələləri üzrə prorektor və elm və innovasiya məsələləri üzrə prorektor vəzifələri üzrə vakansiyalar elan edilib.
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən Xezerxeber.az-a bildirilib ki, tələblərə cavab verən namizədlər müraciətlərini mövzu yerinə “_prorektor” yazmaqla karabakh@edu.gov.az elektron poçt ünvanına göndərə bilərlər.
Namizədlər vakansiyalar üzrə iyulun 8-dək müraciət edə bilərlər.