Xəzər Xəbər

MİQ müsabiqəsinin test imtahanı mərhələsinə başlanılır

Cəmiyyət | 08:56 • 2 İyul 2024
MİQ müsabiqəsinin test imtahanı mərhələsinə başlanılır

İyulun 2-dən müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinə başlanılır.

Təhsil İnstitutundan Xezerxeber.az-a bildirilib ki, namizədlər şəxsi səhifələrinə daxil olaraq imtahanların keçiriləcəyi tarix və məkanla tanış ola bilərlər.

Qeyd edək ki, müsabiqənin test imtahanı mərhələsinə ümumilikdə 61 minə yaxın namizəd dəvət olunub. İmtahanlar iyulun 10-dək davam edəcək.

Xəbər lenti

Çox oxunanlar