Xəzər Xəbər

Emin Əmrullayev: Növbəti tədris ilində biz 20 faiz müəllimi yeniləyəcəyik

Cəmiyyət | 11:18 • 1 İyul 2024
Emin Əmrullayev: Növbəti tədris ilində biz 20 faiz müəllimi yeniləyəcəyik

Təhsil sistemində müəyyən islahatlar həyata keçirilir və inanırıq ki, bu uzun müddətə təhsil sisteminə öz töhfəsini verəcək. Bir neçə il öncə təhsil sahəsində aparılan islahatların nəticələrini artıq buraxılış imtahanlarının nəticələrində görürük.

Xezerxeber.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Tədqiqat, təcrübə və siyasət vasitəsilə təhsildə ayrı-seçkiliyin aradan qaldırılması” şüarı altında keçirilən VII ADA 2024 Beynəlxalq Təhsil Konfransı zamanı deyib.

"Bizim təhsilimizin əsas problemləri ibtidai sinifdən başlayır. İbtidai təhsillə bağlı ən böyük məsələ orada keyfiyyətin artırılmasıdır. İbtidai sinf müəllimlərinin sertifikasiyası mərhələsi artıq başa çatıb. Növbəti tədris ilində biz 20 faiz müəllimi yeniləyəcəyik" - nazir qeyd edib. 
E.Əmrullayev bildirib ki, təhsil sisteminin əlçatan, eləcə də keyfiyyətli olması, həmçinin bunların hər ikisinin bir arada olması əsas hədəflərdəndir.

Xəbər lenti

Çox oxunanlar