Xəzər Xəbər

Qadınların pensiya yaşı artdı

Cəmiyyət | 09:35 • 1 İyul 2024
Qadınların pensiya yaşı artdı

Bu gündən etibarən Azərbaycanda qadınların pensiya yaşı daha 6 ay artırılıb.

Xezerxeber.az-ın məlumatına görə, qadınların pensiya yaşı 2024-cü il iyulun 1-dən 63,5 yaşdan 64 yaşa qaldırılıb.

2024-cü il iyulun 1-dən 2025-ci il iyunun 30-dək 64 yaşı tamam olan qadınlar pensiyaya çıxa biləcəklər. Qadınların pensiya yaş həddi hər il artırılmaqla 65-ə çatdırılacaq.

Beləliklə, 2026-cı ildə qadınların da pensiya yaşı 65-ə çatdırılmaqala kişilərin pensiya yaşına bərabərləşdiriləcək. Başqa sözlə, 2026-cı və sonrakı illərdə qadınlar da kişilər kimi 65 yaşında pensiyaya çıxacaqlar.

Xatırladaq ki, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır.

Xəbər lenti

Çox oxunanlar