Abşeron rayonunun Xırdalan şəhərində 22 yaşlı gənci elektrik cərəyanı vurub.
Xezerxeber.az-ın məlumatına görə, Astara rayon sakini Salmanzadə Elmir Ramik oğlu həyətyanı sahədə işləyən zaman elektrik cərəyanı vurması nəticəsində ölüb.
Baş Prokurorluq "Report"un sorğusuna cavab olaraq faktı təsdiqləyib, araşdırma aparıldığı bildirilib.