Xəzər Xəbər

Qubada 12 sürücü narkotilin təsiri altında avtomobili idarə edib

Cəmiyyət | 08:59 • 13 İyun 2024
Qubada 12 sürücü narkotilin təsiri altında avtomobili
Qubada avtomobili narkotiklərin təsiri altında idarə edən sürücülər aşkarlanıb.

DİN-in Mətbuat xidmətindən verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə profilaktik tədbirlər keçirilib.

Tədbir zamanı avtomobili narkotiklərin təsiri altında idarə edən 12 sürücü saxlanılıb.

Tibbi müayinə zamanı onların marixuana, heroin və psixotrop maddə olan metamfetamin qəbul edərək sükan arxasında əyləşdikləri müəyyən olunub. Sürücülər barəsində toplanan materiallara hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.

Xəbər lenti

Çox oxunanlar