Xəzər Xəbər

Bəzi bölgələrdə şimşək çaxır, arabir leysan yağır Faktiki hava

Cəmiyyət | 18:39 • 8 İyun 2024
Bəzi bölgələrdə şimşək çaxır, arabir leysan yağır

İyunun 8-də saat 17:00-a olan məlumata əsasən, Tovuz, Göygöl, Daşkəsən, Gədəbəy, Gəncə, Ağstafa, Şəmkir, Tovuz, Balakən, Qəbələ, Zaqatala, Şəki, Şamaxı, Altıağac, Quba, Qrız, Şahdağ, Qusar, Ceyrançöl, Xaltanda şimşək çaxır, arabir leysan xarakterli yağış yağır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, Qrız, Şahdağda duman müşahidə olunur.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 32°, Naxçıvan Muxtar Respublikasında 32°, Aran rayonlarında 34°, dağlıq rayonlarda 17°-dək isti olub.

Xəbər lenti

Çox oxunanlar