Xəzər Xəbər

Zəngəzur Milli Parkındakı fəaliyyət zonaları üzrə bölgü TƏSDİQLƏNDİ

Cəmiyyət | 18:02 • 7 İyun 2024
Zəngəzur Milli Parkındakı fəaliyyət zonaları üzrə bölgü

Nazirlər Kabineti “Akademik Həsən Əliyev adına Azərbaycan Respublikasının Zəngəzur Milli Parkının ərazisinin xüsusi mühafizənin ayrı-ayrı rejimləri tətbiq olunan fəaliyyət zonaları üzrə bölgüsü”nü təsdiq edib.

Trend xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Sənədə əsasən, “Akademik Həsən Əliyev adına Azərbaycan Respublikasının Zəngəzur Milli Parkının ərazisinin xüsusi mühafizənin ayrı-ayrı rejimləri tətbiq olunan fəaliyyət zonaları üzrə bölgüsü” əlavə olunmuş xəritədə və aşağıda göstərilən hüdudlarda təsdiq edilib:

1. Xüsusi mühafizənin hüquqi rejimi tətbiq edilən zona (qoruq rejimi) – 15652,53 hektar.

2. Təsərrüfat fəaliyyətinin tənzimlənən rejimi tətbiq edilən zona – 26997,87 hektar.

3. Turizm və rekreasiya zonası – 124,82 hektar.

4. Turistlərə və başqalarına xidmət göstərilən zona – 4,40 hektar.

5. Milli Parkın fəaliyyətini təmin etmək üçün təsərrüfat-istehsalat zonası – 0,23 hektar.

Xəbər lenti