Xəzər Xəbər

Sertifikasiyadan uğurla keçən müəllimlərin orta aylıq əməkhaqqı 1300 manat oldu

Cəmiyyət | 10:40 • 6 İyun 2024
Sertifikasiyadan uğurla keçən müəllimlərin orta aylıq əməkhaqqı 1300 manat

Bu gün ölkədə sertifikasiya imtahanından uğurla keçən müəllimin orta aylıq əməkhaqqı 1300 manatdır.

Xezerxexəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov deyib.

O bildirib ki, belə müəllimlərin sayı səkkiz minə yaxındır. Bu il keçiriləcək sertifikasiya imtahanı nəticələrinə görə yeni tədris ilində 20 mindən çox şəxsin müəllim sırasına qoşulması nəzərdə tutulur.

E.Bağırov xatırladıb ki, iyunun 8-də səkkiz minə yaxın müəllim təkrar sertifikasiya imtahanına cəlb olunacaq: "Son 6 ay ərzində onlar üçün inkişafetdirici təlimlər keçirilib. Böyük əksəriyyətin uğur qazanacağına inanırıq".

Xəbər lenti

Çox oxunanlar