Xəzər Xəbər

Pirallahıda 3 yaşlı uşağı avtomobil VURDU

Cəmiyyət | 09:15 • 6 İyun 2024
Pirallahıda 3 yaşlı uşağı avtomobil

Bakının Pirallahı rayonunda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Xezerxeber.az-ın məlumatına görə, 2021-ci il təvəllüdlü Ə.M özünü qəflətən hərəkətdə olan avtomobilin qarşısına atıb.

Nəticədə avtomobil azyaşlını vuraraq xəsarət yetirib.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb. Hadisənin təfərrüatı araşdırılır.

Xəbər lenti