Terrorçuluq və dini ekstremizm təbliğ olunduğu təqdirdə, Audiovizual Şura yayımı bir gündən bir ayadək dayandırmaq səlahiyyətinə malikdir. Bir il ərzində 5 dəfə inzibati cəza tətbiq edildikdə yayım lisenziyası ləğv olunur.
Xezerxeber.az xəbər verir ki, bu sözləri Audiovizual Şuranın Hüquq və beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Nemət Cavadov onlayn media subyektlərinin əməkdaşlarının iştirakı ilə keçirilən “Audiovizual media: Normalar, reallıqlar və çağırışlar” mövzusunda dəyirmi masada deyib.
Şura rəsmisi bildirib ki, “Media haqqında” Qanunun 14-cü maddəsinə əsasən, dövlət dilinə riayət edilməli, milli və mənəvi dəyərlərin qorunmasına əməl olunmalıdır.