Bakı - Mingəçevir müntəzəm marşrut xətti sərnişinlərin istifadəsinə verilib.
Xezerxeber.az xəbər verir ki, bu barədə "BakuBus" MMC-dən məlumat verilib.
Bildirilir ki, marşrut xətti üzrə gediş haqqı 9 manat 20 qəpik təşkil edir.
Qeyd edək ki, "BakuBus” ilk olaraq paytaxtdan Sumqayıt şəhərinə və əks istiqamətdə sərnişin daşımaları həyata keçirməyə başlayıb. “BakuBus” MMC artıq bir neçə gündür paytaxtdan Gəncə şəhərinə və əks istiqamətdə də sərnişin daşımasını həyata keçirir.