Bu gün saat 10:00-dan Bakı şəhərinin Sabunçu, Suraxanı, Xətai və Xəzər rayonlarında aparılacaq təmir-bərpa işləri ilə əlaqədar qaz təchizatı dayandırılacaq.
Xezerxeber.az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.
Məlumata görə, təmir işləri müddətində Sabunçu rayonu üzrə Maştağa qəsəbəsinin bir hissəsi, Suraxanı rayonu üzrə Yeni Suraxanı qəsəbəsinin tam olaraq və Əmircan qəsəbəsinin Həmid Axundlu ilə Vaqif küçələrinin, Xətai rayonu üzrə Xudu Məmmədov, Cavanşir, Məhəmməd Hadi küçələrinin, Xəzər rayonu üzrə Müslüm Maqomayev, Firdovsi küçələrinin, Bolluq yaşayış massivinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.