Rusiyanın “Azimut” aviaşirkəti Minvodı-Gəncə həftəlik birbaşa reysini açır.
Bunu Stavropol vilayətinin qubernatoru Vladimir Vladimirov bildirib.
“Stavropolun hava əlaqələrinin coğrafiyasını genişləndiririk. Minvodı hava limanından yeni istiqamətə başlayırıq. İyunun 13-dən “Azimut” aviaşirkətinin Azərbaycanın ən böyük şəhərlərindən olan Gəncəyə birbaşa həftəlik reysinə start verilir”, - deyə Vladimirov telegram kanalında yazıb.
Qubernatorun sözlərinə görə, bu, Stavropol turistləri və sahibkarları üçün logistikanı daha rahat edəcək, eləcə də regiona turist axınını artırmağa kömək edəcək. (AZƏRTAC)