Xəzər Xəbər

Sabirabadda 3 sürücü narkotik qəbul edərək avtomobil idarə edib AÇIQLAMA

Cəmiyyət | 09:17 • 30 May 2024
Sabirabadda 3 sürücü narkotik qəbul edərək avtomobil idarə edib

Sabirabadda narkotik vasitələrin təsiri altında avtomobil idarə edən 3 sürücü müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Sabirabad Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə nəqliyyat vasitəsini narkotik vasitələrin təsiri altında idarə edən A.Əsədov, X.Qubadov və T.Zərbalıyev saxlanılıblar.

Müayinə zamanı onların marixuana istifadə etdikləri məlum olub. Sürücülər barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.

Xəbər lenti

Çox oxunanlar