Xəzər Xəbər

Azərbaycanın əsas su anbarlarında 4 milyard kubmetr artıq su toplanıb

Cəmiyyət | 17:27 • 27 May 2024
Azərbaycanın əsas su anbarlarında 4 milyard kubmetr artıq su toplanıb

Havaların yağmurlu keçməsi nəticəsində su anbarlarında toplanmış su ehtiyatlarında artım müşahidə edilir.

Xezerxeber.az xəbər verir ki, bunu AZƏRTAC-a eksklüziv açıqlamasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin nümayəndəsi Sarvan Ağayev bildirib.

Onun sözlərinə görə, hazırda ölkənin əsas su anbarlarında 19,5 milyard kubmetr su ehtiyatı toplanıb ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 4 milyard kubmetr artıqdır.

“Ölkəmizin ən böyük su mənbələri olan Kür və Araz çaylarında son günlər suyun səviyyəsi artıb. Bu çaylarda suyun səviyyəsinin artmasına baxmayaraq, üzərlərində yerləşən su anbarlarında daşqın sularının tənzimlənməsi üçün müəyyən qədər səviyyələr saxlanılıb. Belə ki, Kür çayı üzərində yerləşən 4 su anbarı var. Bu su anbarlarında normal həcmə qədər su toplanmayıb, o cümlədən Araz çayı və digər çaylarda da. Su anbarlarında sel-daşqın sularının tənzimlənməsi üçün müəyyən qədər səviyyələrin saxlandığı nəzərə alınaraq, hər hansı təhlükənin baş verməsi gözlənilmir”, - deyə o əlavə edib.

Xəbər lenti

Bakıda ağır qəza 3 ölü
18:13 • 22 Dekabr 2024
"Sabah" "Şamaxı"ya uduzub
15:58 • 22 Dekabr 2024