Avtomatik stansiyalardan əldə edilən məlumatlara əsasən Bakıda və Abşeron yarımadasının atmosfer havasında tozlu hava şəraiti müşahidə olunur.
Milli Hidrometeorologiya Xidmətindən Xezerxeber.az-a verilən xəbərə görə, hazırda havada tozun miqdarı normadan 1.3 dəfə artıqdır.
Tozlu hava şəraiti meteoroloji vəziyyətdən asılı olaraq transsərhəd xarakter daşıyır və gün ərzində davam edəcəyi gözlənilir.