Xəzər Xəbər

Ombudsman: Əfv sərəncamı insan hüquq və azadlıqlarına verilən dəyərin göstəricisidir

Cəmiyyət | 11:55 • 26 May 2024
Ombudsman: Əfv sərəncamı insan hüquq və azadlıqlarına verilən dəyərin göstəricisidir

Builki əfv sərəncamı sayca 70-dir.

Xezerxeber.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamının icrası ilə bağlı jurnalistlərə açıqlamasında İnsan hüquqları üzrə müvəkkilli (Ombudsman) Səbinə Əliyeva deyib.

 

O bildirib ki, Azərbaycanın dövlətçiliyi tarixində ənənəvi olaraq bayramlar ərəfəsində Prezident İlham Əliyev əfv sərəncamları imzalayır:

"Builki əfv sərəncamı Müstəqillik Günü ərəfəsində imzalandı. Bu, sayca 70-ci əfv sərəncamıdır, ümumilikdə, 154 məhkuma şamil edilib. Bu münasibətlə Prezidentə təşəkkürümü bildirirəm. Əfv sərəncamı insan hüquq və azadlıqlarına verilən dəyərin göstəricisidir. Bu sərəncam xarici ölkə vətəndaşlarına da şamil edilib. Onları və ailə üzvlərini təbrik edirəm".

Xəbər lenti

Bakıda ağır qəza 3 ölü
18:13 • 22 Dekabr 2024
"Sabah" "Şamaxı"ya uduzub
15:58 • 22 Dekabr 2024