Xəzər Xəbər

Bakının bir hissəsində qaz olmayacaq

Cəmiyyət | 11:01 • 24 May 2024
Bakının bir hissəsində qaz olmayacaq

Bu gün Bakının Yasamal rayonunun qaz təchizatında fasilə yaranacaq.

Xezerxeber.az bildirir ki, bu barədə "Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, mayın 24-də saat 10:00-dan Yasamal rayonu, Kazım Kazımzadə küçəsi 41/47 ünvanında qaz xəttində aşkar olunmuş sızmanın ləğvi ilə əlaqədar qaz təchizatı dayandırılacaq.

Qaz təchizatı dayandırılan müddətdə Yasamal rayonunun Kazım Kazımzadə və Ələsgər Ələkbərov küçələrinin qaz təchizatında müvəqqəti fasilə olacaq.

Xəbər lenti