Xəzər Xəbər

Pensiyanın növ dəyişməsinin təmini ildə 6-7 min vətəndaşı əhatə edəcək

Nazir vətəndaşın pensiya seçimi hüququna aydınlıq gətirib
Cəmiyyət | 11:50 • 22 May 2024
Pensiyanın növ dəyişməsinin təmini ildə 6-7 min vətəndaşı əhatə edəcək

“Əmək pensiyaları haqqında” Qanuna dəyişikliklər nəticəsində pensiyanın bir növündən başqa növünə keçid elektron qaydada təmin ediləcək və bu da ildə 6-7 min vətəndaşı əhatə edəcək.

Xezerxeber.az xəbər verir ki, bu fikirləri əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin mayın 22-də keçirilən iclasında “Əmək pensiyaları haqqında” Qanuna dəyişiklərlə bağlı qanun layihəsinin müzakirəsi zamanı səsləndirib.

Dəyişikliyin 4 qrup düzəliş üzərində qurulduğunu qeyd edən nazir bildirib ki, yeni qanun layihəsi sosial ədalət prinsipinin qorunması və vətəndaşların rifah halının yaxşılaşdırılmasını nəzərdə tutur.

"Əgər vətəndaşın eyni anda iki hüququ yaranarsa, məsələn, həm ailə başçısını itirməyə görə, həm də yaşa görə pensiya almaq hüququ olursa, mövcud qanunvericiliyə əsasən bir pensiyadan digərinə keçid yalnız onun yazılı müraciətindən sonra baş verə bilər. Vətəndaş desə ki, yaşa görə verilən pensiyanı yox, ailə başçısını itirməyə görə verilən pensiyanı istəyir, bu zaman müraciət edir və onun hüququ təmin edilir. Biz də ən yüksək pensiya hansıdırsa, onu təyin edəcəyik. Bu təqribən ilə 6-7 min insanı əhatə edir. Bəzən heç onların məlumatı da olmur ki, onların iki hüququ var. Məsələn, yaşa görə pensiyasını alır və başa düşmür ki, həyat yoldaşı vəfat etdikdən sonra onun pensiyasının şamil olunması ilə pensiya məbləği artırıla bilər. Vətəndaşın məlumatı olmasa da, “Əmək pensiyaları haqqında” qanuna təklif olunan dəyişiklə bunu elektron qaydada təmin edəcəyik”, - deyə nazir əlavə edib.

Xəbər lenti

Çox oxunanlar