Azərbaycanda 2022 ci illə müqayisədə 2023 cü ildə nikahların sayında 7 739 azalma, boşanmaların sayında 5 705 artma olub.
Xezerxeber.az xəbər verir ki, bu barədə məlumat Milli Məclisin mayın 20-də keçirilən komitə iclasında müzakirəyə çıxarılan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü il üzrə hesabatında əksini tapıb.
Xatırladaq ki, 2023-cü ildə 54 200 nikah bağlanıb, 21 688 sayda boşanma qeydə alınıb.