Xəzər Xəbər

Bakıda daha bir yolayrıcında sıxlıq azalıb və hərəkət intensivliyi artıb

Cəmiyyət | 12:06 • 20 May 2024
Bakıda daha bir yolayrıcında sıxlıq azalıb və hərəkət intensivliyi artıb

Yasamal rayonunun Əbdürrəhim bəy Haqverdiyev küçəsində, Hüseyn Cavid prospekti ilə kəsişmədə əvvəllər sol zolaqda olan nəqliyyat vasitələri sola dönən zaman düzünə hərəkət edən avtomobillər svetoforun qırmızı işığında gözləməli olurdular. Bu da yolda hərəkət intensivliyinin azalmasına və sıxlığın yaranmasına səbəb olurdu. Problemi aradan qaldırmaq üçün Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları ərazidə təhlillər aparıblar.

Mərkəzdən Xezerxeber.az-a verilən məlumata görə, həmin kəsişmədə Əbdürrəhim bəy Haqverdiyev küçəsi ilə hərəkət edən nəqliyyat axınının intensivliyini artırmaq məqsədilə yolda olan svetoforun sola dönmə faza vaxtında düzünə hərəkətə icazə verilib. Bununla da sol zolaqdakı nəqliyyat vasitələri sola dönərkən eyni vaxtda digər avtomobillər düz istiqamətə gedə biləcəklər.

Xəbər lenti

Bakıda ağır qəza 3 ölü
18:13 • 22 Dekabr 2024
"Sabah" "Şamaxı"ya uduzub
15:58 • 22 Dekabr 2024